SON XƏBƏRLƏR

İran parlamenti qeyri-fars dillərin tədrisinə qarşı çıxdı

2025.02.26, 11:26
İran parlamenti qeyri-fars dillərin tədrisinə qarşı çıxdı

İran parlamentinin Təhsil Komissiyasının İran məktəblərində qeyri-fars dillərin ədəbiyyatının tədrisi ilə bağlı hazırladığı qanun layihəsi bu gün parlamentin açıq iclasında səsə qoyulub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Səsvermədə 246 millət vəkili iştirak edib, onlardan 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə, 5 millət vəkili tərəfsiz səs verib, 7 nəfər isə səsvermədə iştirak etməyib.

Bununla da İran məktəblərində qeyri-fars dillərin və etniklərin ədəbiyyatının tədrisini nəzərdə tutan qanun layihəsi qəbul olunmayıb.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkianın seçki qabağı təbliğat kampaniyasının əsas vədlərindən biri 15-ci maddənin icrası, qeyri-fars dillərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması idi.

2021-ci ilin dekabr ayında da İranparlamentinin Təhsil Komissiyasının sədri, Təbrizin millət vəkili Əlirza Munadi qeyri-fars dillərin ədəbiyyatının tədrisi ilə bağlı məsələyə baxıldığını deyib, bir müddət sonra isə bu yaddan çıxıb və millət vəkili bununla bağlı sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsi qeyri-fars dillərin tədrisini deyil, sadəcə qeyri-fars xalqların ədəbiyatının tədrisini nəzərdə tutsa da, bu 45 ildir icra edilmir.

Parlamentin bu günkü qərarı sonra, həmin layihənin növbəti prezident seçkilərinə qədər gündəmdə olmayacağı, 2028-ci ildəki seçkilərdə seçici fəallığını artırmaq üçün ehtiyat təbliğat vasitəsi kimi istifadəsi nəzərdə tutulduğu guman edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar