SON XƏBƏRLƏR

Lübnan parlamenti Səlamın rəhbərlik etdiyi kabinetə etimad göstərib

2025.02.27, 13:13
Lübnan parlamenti Səlamın rəhbərlik etdiyi kabinetə etimad göstərib

Nəvaf Səlamın rəhbərlik etdiyi xilas və islahat hökuməti Lübnanın birpalatalı parlamentində etimad səsi qazanıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə hökumət proqramını dəstəkləyən deputatların səsləri hesablandıqdan sonra spiker Nəbih Berri məlumat verib.

“Yeni kabinetə və onun tərkibindəki nazirlərə 128 deputatdan 95-i etimad göstərib”, – o bildirib.

Salam parlament qarşısında çıxışı zamanı bildirib ki: “Biz müharibə və sülhlə bağlı qərarlar üzərində müstəsna səlahiyyətə malik bir dövlət, konstitusiyaya və milli razılığa sadiq dövlət, yerinə yetirilməmiş müddəaların həyata keçirilməsini təmin etmək istəyirik”.

Nəvaf Səlam səsvermədən əvvəlki çıxışında əlavə edib ki, Livanın "boz siyahı"dan çıxarılması üzərində işləyəcək: "Beynəlxalq Valyuta Fondu ilə danışıqlara başlayacağıq. Əmanətçilər bizim üçün prioritet məsələ olacaq."

 

 

Şahin Elxanoğlu

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar