SON XƏBƏRLƏR

PKK/YPG Suriya rəhbərliyinin qərarına tabe olmur

2025.02.27, 13:42
PKK/YPG Suriya rəhbərliyinin qərarına tabe olmur

PKK/YPG terror təşkilatı Suriyada yeni hökumətin formalaşdırılması üçün yol xəritəsini təşkil edəcək və silahlardan istifadə səlahiyyətinin ancaq dövlətdə olmasını nəzərdə tutan Milli Dialoq Konfransının nəticələrini tanımadığını açıqlayıb.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bəyanatda konfransın bütün suriyalıları təmsil etmədiyi iddia olunaraq, təşkilatın bunun nəticələrinin bir hissəsi olmayacağı vurğulanıb.

Konfransa dəvət edilməyən PKK/YPG buna əsas səbəb kimi prosesdən kənarda saxlanılmasını göstərib.

Konfransın yekun bəyannaməsində silahlardan istifadə səlahiyyətlərinin dövlətlə məhdudlaşdırılması, peşəkar milli ordunun yaradılması, rəsmi qurumlardan kənarda olan bütün silahlı birləşmələrin qeyri-qanuni qruplar hesab edilməsi müddəaları yer alıb.

Milli Dialoq Konfransı fevralın 25-də Dəməşqdə keçirilib. Suriya Prezidenti Əhməd Şəra konfransda çıxış edib.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar