SON XƏBƏRLƏR

Ərəb fəal və  jurnalist məhkəməyə çağırılıb

2025.02.28, 11:59
Ərəb fəal və  jurnalist məhkəməyə çağırılıb

İranın Xuzistan əyalətinin Abadan şəhərində yaşayan ərəb jurnalist və ictimai fəal Arəş Qalagülab İnqilab Məhkəməsinə çağırılıb.

Gunaz.tv

Bu barədə jurnalistin özü məlumat yayıb.

Məhkəmənin çağırış məktubunda onun martın 3-ə kimi Abadan şəhərinin İnqilab Məhkəməsinə getməsi istənilib.

O, "qanunsuz aksiyada iştirak etmək". "hökumət əleyhinə təbliğat" və "xaricdə olan müxalif təşkilata üzv olmaq"da günahlandırılıb.

Ərəb jurnalist bundan əvvəl 26 may 2022-ci il ildə həbs edilib və bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Qeyd edək ki, son 1 il ərzində İranda 256 jurnalistə qarşı iş açılıb, 36 jurnalist həbs edilib və 11 jurnalist barədə əvvəllər verilən həs cəzası icra edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar