SON XƏBƏRLƏR

Quzey Makedoniyanın Skopye şəhərində türk müqavimətinin simvolu olan Yücel Hərəkatının edamları ilə bağlı anım mərasimi keçirilib.

2025.03.01, 10:48
Quzey Makedoniyanın Skopye şəhərində türk müqavimətinin simvolu olan Yücel Hərəkatının edamları ilə bağlı anım mərasimi keçirilib.

Quzey Makedoniyanın Skopye şəhərində türk müqavimətinin simvolu olan Yücel Hərəkatının edamları ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə “Vardaroğulları: Yücelçilər” sənədli filmi nümayiş etdirilib.

Gunaz.tv

Mərasimdə çoxlu sayda qonaqla yanaşı, Türkiyədəki Xaricdəki Türklər və Qohum İcmalar Təşkilatının sədri Abdullah Eren, Şimali Makedoniyanın Avropa işləri üzrə naziri Orhan Murtazani, Quzey Makedoniya Parlamentindəki türk millət vəkili Beycan İlyas, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və Türkiyə qurumlarının təmsilçiləri iştirak ediblər.

Sənədli film nümayiş etdirilməzdən əvvəl jurnalistlərə açıqlama verən Eren mərasimin məqsədinin 77 il əvvəl edama məhkum edilmiş şəhidlər Şoaib Əziz, Adəm Əli, Əli Əbdül Rəhman və Nəzmi Ömərin xatirəsini yad etmək olduğunu bildirib.

Qeyd edək ki, 1937-ci ildən Makedoniya türkləri öz milli-mədəni dəyərlərini qorumaq və inkişaf etdirmək üçün bir araya gələrək hərəkat yaratmışdılar. Hərəkat 1945-ci ildən "Yücelçi" adını almışdır.

1947-ci ilin avqustunda keçmiş Yuqoslaviyada təşkilatları ləğv etmək cəhdindən sonra təşkilatın 16 üzvü həbs edildi. 1948-ci il yanvarın 25-də məhkəmə təşkilatın dörd üzvünə ölüm hökmü çıxarır. 1948-ci il fevralın 27-də isə təşkilatın üzvləri Şoaib Əziz, Adəm Əli, Əli Əbdürrəhman və Nəzmi Ömər edam ediliblər.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar