SON XƏBƏRLƏR

Binabda hava çirkliliyi davam edir

2025.03.01, 11:00
Binabda hava çirkliliyi davam edir

Şərqi Azərbaycan əyalətinin Binab şəhərində İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsi şəhər və ətraf bölgələrdə hava çirkliliyinin yenidən təhlükəli səviyyəyə çatmasına səbəb olub.

Gunaz.tv

Bu barədə yerli ekofəallar etiraz paylaşımları ediblər.

Onların sözlərinə görə, uzun müddətdir davam edən ekolji problemin aradan qaldırılması ilə bağlı vətəndaşların və ətraf mühit fəallarının İES-lərdə mazotdan istifadənin dayandırılması ilə bağlı müraciətlər cavabsız qalıb.

Əyalət rəhbərliyi və İES-lərin məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdıqları üçün stansiyada dizel yanacağından istifadə edildiyini bildirirlər.

Qeyd edək ki, bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkian Tehran, Kərəc və Ərak şəhərlərində İstilik Elektrik Stansiyalarında dizel yanacağından istifadəni qadağan edən fərman imzalayıb.

Bu, Təbriz və Binab şəhərlərinin əhalisi tərəfindən etirazla qarşılanıb, onlar həmin qadağanın Azərbaycan şəhərlərində də tətbiq edilməsini tələb ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar