SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yağıntı azalıb - Quraqlıq olacaq

2025.03.01, 12:19
Şərqi Azərbaycanda yağıntı azalıb - Quraqlıq olacaq

Şərqi azərbaycan əyalətində yağıntıların miqdarı kəskin azalıb.

Gunaz.tv

Bu barədə əyalətin Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, cari yağıntı ilində orta yağıntı keçən ilin eyni dövrü ilə müqayisədə 52% azalıb.

Bu, qarşıdakı yay aylarında Şərqi Azərbaycan əyalətində yenə də su çatışmazlığı probleminin davam edəcəyindən xəbər verir.

Qeyd edək ki, ekoloq və mütəxəssislər əlaqədar dövlət qurumlarının yağış və yeraltı suların idarə olunması üçün tədbirlər görmədiklərini deyirlər.

Onların fikrincə, yağıntıların azalmasından daha çox mövcud su qaynaqlarından plansız şəkildə istifadə quraqlığın artmasına səbəb olur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar