SON XƏBƏRLƏR

Ermənistan-Türkiyə sərhədində ÖNƏMLİ GƏLİŞMƏ

2025.03.01, 12:58
Ermənistan-Türkiyə sərhədində ÖNƏMLİ GƏLİŞMƏ

Bu gündən etibarən Ermənistanın Türkiyə ilə sərhəddə yerləşən "Maraqara" keçid məntəqəsinə Ermənistan sərhədçiləri nəzarət edəcək.

Gunaz.tv

GünazTV "AzPolitika"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan özünün "Facebook" hesabından paylaşım edib.

Paşinyan indyədək bu məntəqələrdə xidmət edən Rusiya hərbçilərinə təşəkkür edib.

2022-ci ilin yayında Ermənistan Respublikası hökumətinin qərarı ilə keçid məntəqəsi təmir olunub və orada Rusiya Federasiyası Sərhəd Qoşunlarının bölmələrinin daimi xidməti başlayıb.

"Marqara" sərhəd-keçid məntəqəsinin Ermənistan Respublikası Sərhəd Qoşunlarının tabeliyinə verilməsi o deməkdir ki, 2025-ci il martın 1-dən Ermənistana daxil olan və ölkədən çıxan bütün şəxslərə sərhəd nəzarəti müstəsna olaraq Ermənistan Sərhəd Qoşunları tərəfindən həyata keçiriləcək", – Paşinyan qeyd edib.

Qeyd edək ki, Türkiyə KİV-lərinin yazdığına görə, artıq Rusiya hərbçiləri sözügedən bölgəni tərk etməyə başlayıblar. Xatırladaq ki, sözügedən sərhəd məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərmişdir. Həmin il Türkiyə, Ermənistanın Azərbaycana qarşı təcavüzü səbəbindən sərhədləri bağlamışdı.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar