SON XƏBƏRLƏR

Kazım Səfabəxş Xiyav məhkəməsinə çağırılıb

2025.03.02, 10:28
Kazım Səfabəxş Xiyav məhkəməsinə çağırılıb

Tehranın Traxtor futbol komandasının lideri, azərbaycanlı fəal Kazem Səfabəxş Xiyav (Meşginşəhr) məhkəməsinə çağırılıb.

Gunaz.tv

Azərbaycanlı fəalın məhkəmənin “Səna” sistemi vasitəsilə aldığı bildirişə əsasən, o ittihamlarla bağlı izahat vermək üçün yaxın beş gün ərzində Prokurorluğun Birinci İstintaq Bölməsinə getməlidir.

Adıçəkilən bölmənin yaydığı bildirişdə cənab Səfabəxş “İslam Respublikası sisteminə qarşı təbliğat aparmaq”da ittiham olunur.

Qeyd edək ki, Kazım Səfabəxş digər üç azərbaycanlı fəalla birlikdə 2024-cü il iyulun 14-də Savalan zirvəsinə qalxarkən həbs edilmiş və bir neçə saatdan sonra sərbəst buraxılmışdır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar