SON XƏBƏRLƏR

Təbrizli müəllimlər ana dili ilə bağlı Pezeşkiana müraciət etdi

2025.03.04, 12:29
Təbrizli müəllimlər ana dili ilə bağlı Pezeşkiana müraciət etdi

İran parlamentindəm qeyri-fars dillərin tədrisi ilə bağlı qanun layihəsinin qəbul edilməməsindən sonra, Təbriz Universitetinin müəllimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət ediblər.

Gunaz.tv

Bu barədə Təbriz mediası məluamt yayıb.

Müraciəti imzalayan 192 nəfər İran Prezidentindən ana dillərin tədrisini nəzərdə tutan konstitusiyanın 15-ci maddəsinin icra edilməsini tələb ediblər.

Qeyd edək ki, fevralın 26-da İran parlamentinin açıq iclasında qetri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layyihəsi səsverməyə çıxarılıb.

Səsvermədə iştirak edən 246 millət vəkilinin 104-ü qanun layihəsinin lehinə, 130-u əleyhinə səs verib, 5 millət vəkili tərəfsiz olub, 7 nəfər isə səsvermədə iştirak etməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar