SON XƏBƏRLƏR

Amerika Ukraynada HIMARS sistemlərinin fəaliyyətini dayandırdı

2025.03.06, 12:28
Amerika Ukraynada HIMARS sistemlərinin fəaliyyətini dayandırdı

"Birləşmiş Ştatlar Ukraynada HIMARS raket sistemlərinin (MLRS) istismarı üçün əsas kanalı kəsib".

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə “The Economist” nəşrinin jurnalisti Oliver Karol məlumat yayıb.

“Amerika Kiyev vaxtı ilə saat 14:00-da xəbərdarlıq üçün əsas rabitə xəttini ayırıb. HIMARS daha Ukraynada uzaq məsafədən gələn zərbələr üçün siqnallar almır”, – Oliver Karol bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq uzaq məsafəyə zərbələr endrimək üçün real vaxt rejimində məlumat almır.

Bu arada “Washington Post” Ukrayna hərbi mənbələrinə istinadən yazır ki, ən azı son bir aydır ki, HIMARS raketlərinin buraxılmasına cavabdeh olan Ukrayna komandalarından biri cəbhə xəttindən 40 mil (təxminən 64 km) kənarda hədəflərin koordinatlarını almayıb.

Hərbçilər əlavə edib ki, son həftələrdə bu cür koordinatların ötürülməsi dayandırılıb ki, bu da onların təbirincə desək, kəşfiyyat məlumatlarının mübadiləsinin faktiki dayandırılmasından xəbər verir.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar