SON XƏBƏRLƏR

London Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu doldurmağa çalışacaq

2025.03.06, 12:53
London Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu doldurmağa çalışacaq

Birləşmiş Krallıq Amerika tərəfindən yaradılan Ukraynaya kəşfiyyat məlumatlarının təminatında yaranan boşluğu doldurmağa çalışacaq.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Londonda yerləşən “Istok Associates Limited” kəşfiyyat konsaltinq şirkətinin baş direktoru Nil Barnett “Politico”ya açıqlama verib.

“Britaniyalılar bu boşluğu doldurmağa çalışacaqlar. Bizim suveren “RAF Akrotiri”də (Aralıq dənizindəki Kipr adasındakı Kral Hərbi Hava Qüvvələrinin böyük hərbi hava bazası.) dinləmə postlarımız var, bu ərazidə “Rivet Joint” (müşahidə təyyarəsi) reyslərimiz həyata keçirilir. Lakin açıq-aydın göründüyü kimi, bizdə amerikalıların malik olduğu bütün imkanlar yoxdur və bəzi şeyləri sadəcə əvəz etmək mümkün deyil”, – ekspert bildirib.

Barnett həmçinin vurğulayıb ki, Amerika Prezidenti Donald Tramp administrasiyasının qərarı Ukrayna Silahlı Qüvvələri (USQ) üçün ağır təsir göstərəcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar