SON XƏBƏRLƏR

Avstraliyalı senator İran televizya kanalı ilə bağlı çağırış edib

2025.03.07, 12:49
Avstraliyalı senator İran televizya kanalı ilə bağlı çağırış edib

Avstraliyalı senator Dave Şarma “Press TV” ilə bağlı araşdırma aparmağa və İranın bu televizya şəbəkənin qadağan edilməsinə çağırıb.

Gunaz.tv

Bu barədə xarici media yazıb.

O, Avstraliyanın xarici işlər nazirindən “PressTV” şəbəkəsi vasitəsilə İslam Respublikasının xarici müdaxilə hallarının araşdırılmasını və şəbəkəyə qarşı sanksiyaların tətbiq edilməsini tələb edib.

"Bu kanal İran hökumətinin xaricdən müdaxiləsi üçün bir vasitədir və ondan ictimai rəyə təsir etmək, təsəvvür formalaşdırmaq və Avstraliyada yaşayan iranlıların icmasına nəzarət etmək üçün istifadə olunur",- senator bildirib.

Qeyd edək ki, 2017-ci ildə təsis edilən "Press TV" İranın ingilis dilində siyasi-ideoloji təbliğat vasitəsidir.

Mərkəzi ofisinin Tehranda yerləşdiyi televizya kanalının London, Beyrut, Kabil, Dəməşq və Bağdadda da ofisləri var.

Əsədin devrilməsindən sonra Dəməşqdəki ofis bağlanıb, London və Beyrutdakı ofislərində balanacağı gözlənilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar