SON XƏBƏRLƏR

Tramp Maskın səlahiyyətlərini məhdudlaşdırdı

2025.03.07, 12:59
Tramp Maskın səlahiyyətlərini məhdudlaşdırdı

Amerika Prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, iş adamı İlon Maskla bağlı kabinetinə tapşırıq verib.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə "Business Standard" nəşri məlumatlı mənbələrə istinadən məlumat paylaşıb.

Amerika Prezidenti Donald Tramp cümə axşamı günü Nazirlər Kabinetini iclasa çağıraraq, üzvlərinə Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın deyil, onların departamentlərinə cavabdeh olduqlarını bildirdi: “Siz İlon Maska yox, öz departamentlərinizə cavabdehsiniz”.

Məlumata görə, Tramp bu mesajı çatdıran zaman Mask da iclasda olub. 90 dəqiqəlik görüş zamanı Tramp aydınlaşdırıb ki, Maska departamentlərə tövsiyələr vermək səlahiyyəti olsa da, kadr və siyasətlə bağlı birtərəfli qərarlar verə bilməz.

Qeyd edilir ki, dövlət qulluqçularının kütləvi şəkildə ixtisar edilməsindən sonra ABŞ prezidenti İlon Maskın səlahiyyətlərini məhdudlaşdırıb.

Bildirilir ki, Mask Trampla razılaşıb və Hökumətin Səmərəliliyi Departamentinin bəzi səhvlərə yol verdiyini etiraf edib. Tramp vurğulayıb ki, o, hökumətdə yaxşı insanları saxlamaq və bacarıqlı işçilərin kütləvi şəkildə işdən çıxarılmasının qarşısını almaq istəyir.

Oxşar kabinet iclasları iki həftədən bir çağırılacaq. Bu Trampın 2-ci dəfə hakimiyyətə gəlməsindən sonra Muskın davranışlarını cilovlamaq üçün rəsmi şəkildə hərəkət etməsinin ilk nümunəsidir. Tramp həmçinin kabinetini əmin etdi ki, “İstədiyiniz bütün insanları, ehtiyacınız olan hər kəsi saxlayın”.

 

 

Şahin Elxanoğlu

 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar