SON XƏBƏRLƏR

İranda sünnilərə təzyiq artıb

2025.03.07, 14:39
İranda sünnilərə təzyiq artıb

İranda sünni məzhəbli etnik bəluçlara təzyiqlərin davamında Yəzd şəhərində onlara məxsus olan məscid və ibadət yerləri bağlanıb.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası mılumat yayıb.

Məlumata görə, bununla yanaşı sünni bəluçlara məxsus onlarla iş yerinin də fəaliyyətinə qadağa qoyulub.

"Bu başqa bölgələrdə adi hal olsa da, bu Yəzddə sünni bəluçlara qarşı ilk geniş təzyiq hadisəsidir və bu çox sayda insanın işsiz qalması ilə nəticələnib",- məlumatda bildirilib.

Qeyd edək ki, son vaxtlar İran hökuməti sünni bəluçların şiyələşdirilməsi prosesini sürətləndirib  və bu planın icrası üçün çox sayda şiyə din xadimini bölgələrə göndərib.

Bununla yanaşı yoxsul bölgələrdə yaşayan aztəminatlı bəluçların məzhəblərini dəyişdirmələri üçün şirnikləndirici vədlər və əlavə imtiyazlar verilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar