SON XƏBƏRLƏR

İsveç güneyli alimə görə İran səfirini çağırdı

2025.03.08, 11:11
İsveç güneyli alimə görə İran səfirini çağırdı

İsveç Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfirini çağıraraq, İranda həbsdə olan güney azərbaycanlı alim, İran-İsveç vətəndaşlığı olan Əhmədrza Calalinin sərbəst buraxılmasını tələb edib.

Gunaz.tv

Tehranın Evin həbsxanasında saxlanılan alimin vəziyyətinin ağır olduğuna diqqət çəkən İsveç Xarici İşlər Nazirliyi, onun humanist səbəblərə görə dərhal azad edilməsini və ona tibbi xidmət göstərilməsini istəyib.

Bununla yanaşı nazirlik həm də məhbusun edam hökmünə etiraz edib və Tehranı bu hökmü ləğv etməyə çağırıb.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Calali barəsində irəli sürülən casusluq ittihamını rədd edib, ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar