SON XƏBƏRLƏR

KİV: Mask Amerika Dövlət katibi ilə mübahisə etdi

2025.03.08, 12:36
KİV: Mask Amerika Dövlət katibi ilə mübahisə etdi

Amerika Dövlət Katibi Marko Rubio və Nəqliyyat Katibi Şon Daffi Amerika Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla mübahisə edib.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, Rubio və Daffi hökumətin iclasında amerikalı biznesmeni yalan danışmaqda ittiham ediblər. Mask da öz növbədində rəsmiləri tənqid edib. O, Dövlət katibi Rubionu tabeliyində olan heç kəsi işdən çıxarmamaqda ittiham edib. Sahibkarın sözlərinə görə, yeganə işdən çıxarılan şəxs DOGE əməkdaşı olub.

Mübahisə zamanı Amerika Prezidenti Donald Tramp işə qarışaraq Rubionu müdafiə edib. Mask həmçinin nəqliyyat katibi Daffiyə Federal Aviasiya Administrasiyasının avadanlıqlarının vəziyyəti ilə bağlı məsləhətlər verib. Ticarət naziri Hovard Lutnik iş adamını dəstəkləyib.

 

 

Ş.E
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar