SON XƏBƏRLƏR

30 təşkilat İranda qadın haqları ilə bağlı birgə bəyanat yaydı

2025.03.08, 13:53
30 təşkilat İranda qadın haqları ilə bağlı birgə bəyanat yaydı

İran İnsan Haqları Təşkilatı və başqa 29 beynəlxalq insan haqları müdafiə qurumu 8 Mart Beynəlxalq Qadın Günü ilə bağlı birgə bəyanat yayıb.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatının məlumatında bildirilib.

Bəyanat müəllifləri, İranda qadın haqlarının pozulmasına diqqət çəkib, beynəlxalq ictimaiyyətdən İran hökumətinə qarşı təzyiqləri artırmağı tələb ediblər.

Hazırda İran həbsxanalarında çox sayda qadının fərqli fikirlərinə görə saxlanıldığını bildirən bəyanat müəllifləri, son illər ölkədə qadınların edam hökmlərinin artmasını da pisləyiblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar