SON XƏBƏRLƏR

Bəluclar Zabulda etiraz eyləmi keçirdilər

2025.03.10, 11:16
Bəluclar Zabulda etiraz eyləmi keçirdilər

Sistan və Bəlucistan əyalətinin Zabul şəhərində etiraz eyləmi keçirilib.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, eyləm hökumət qüvvələrinin güllələyərək öldürdükləri Qulam Şəhriyariyə görə olub.

Bəluçlar, adı çəkilən şəxsin öldürülməsində əli olan hökumət qüvvələrinin cəzalandırılmamasına etiraz ediblər.

Qeyd edək ki, martın 7-də xəbərdarlıq edilmədən avtomobilinə açılan atəş nəticəsində yaralanan 43 yaşlı Qulam Şəhriyarı həyatını itirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar