SON XƏBƏRLƏR

Rusiyadan Köçəryan və Sərkisyana “gizli əmr” verilib

2025.03.10, 12:33
Rusiyadan Köçəryan və Sərkisyana “gizli əmr” verilib

Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana qarşı sərt ittihamlar irəli sürüb.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, o, ad çəkmədən keçmiş prezidentlərin vaxtilə Rusiyanın “gizli əmr”i ilə hərəkət etdiklərinə eyham vurub.

“Seçki saxtakarları və qəsbkarlar (Köçəryan və Sərkisyanı nəzərdə tutur), sizi Ermənistanda hakimiyyətə gətirənlərin (Rusiyaya eyham vurur) məqsədlərinin nə olduqlarını söyləməyi unutmayın. Siz deməyəcəksiniz, amma mən deyirəm: Ermənistanın heç vaxt müstəqil dövlət olmaması, hətta dövlət olmaması üçün! Buna görə Ermənistan, sakit şəkildə öz mövcudluğunu dayandırmalı, hətta formal dövlət kimi dağılmasını gözləməli və itaətkarlıqla bu əmr yerinə yetirilməli idi”, - Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanın mövcud hakimiyyətinin nümayəndələri həmişə Köçəryan və Sərkisyanı Rusiyaya işləməkdə ittiham edirlər.

Təsadüfi deyil ki, fevralın 17-də Ermənistan baş naziri aparatı rəhbərinin müavini Taron Çaxoyan açıq şəkildə Köçəryanı satqın adlandırmışdı:

“Ermənistana periferik əyalət kimi baxan Köçəryanın son məqsədi Ermənistanı Rusiyaya nimçədə təqdim etməkdir. Bunu etməyə çalışır”.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar