SON XƏBƏRLƏR

Suriya ordusu Hələbdə YPG/PKK-nın hücumunu dəf edib

2025.03.10, 13:43
Suriya ordusu Hələbdə YPG/PKK-nın hücumunu dəf edib

Günün ilk saatlarında Suriyanın Hələb vilayətinin Şeyhmaksut və Əşrəfiyyə məhəllələrində mövcudluğunu davam etdirən terror təşkilatı Tarsus və Lazkiyədə baş verən hadisələrdən istifadə edərək Hələbdəki Suriya ordusu əsgərlərini hədəfə alıb.

Gunaz.tv

GünazTV Türkiyənin Anadolu Agentliyinə istinadən xəbər verir ki, Suriya ordusu terror təşkilatının Hələb şəhər mərkəzindəki hücumuna cavab verib və terror aktının qarşısını alıb.

Suriya Müdafiə Nazirliyinin sözçüsü polkovnik Həsən Əbdülqani Suriyanın SANA Xəbər Agentliyinə bildirib ki, təhlükəsizlik qüvvələri Hələb şəhər mərkəzindəki Əşrəfiyyə məhəlləsində PKK/YPG-nin hücumunu dəf edib. Xəbərdə terror təşkilatının itki verdiyi də qeyd olunub.

Bundan əlavə, Dəməşqdəki təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Mezze 86 və Mezze Cəbəl məhəllələrində gizlənmiş devrilmiş rejimin ünsürləri qumbaraatan hücumu həyata keçirib. Hücumun ardından bölgədəki təhlükəsizlik qüvvələri ilə yüngül silahlardan istifadə edən hücumçular arasında qarşıdurma baş verib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar