SON XƏBƏRLƏR

Amerika USAID-in 83% proqramını ləğv etdi

2025.03.10, 16:02
Amerika USAID-in 83% proqramını ləğv etdi

Amerika Dövlət Departamenti Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarının 83%-ni, yəni 52 min müqaviləni ləğv edib, qalan 18%-i isə Dövlət Departamentinin nəzarəti altında həyata keçiriləcək.

Gunaz.tv

GünazTV xəbər verir ki, bu barədə Amerika Dövlət katibi Marko Rubio məlumat verib.

"Altı həftəlik yoxlamadan sonra biz USAID-in 83% proqramlarının fəaliyyətini rəsmi olaraq dayandırdıq. Hazırda ləğv edilmiş minlərlə müqavilə və onların reallaşdırılması üçün istifadə olunan onlarla milyard dollar Amerikanın maraqları üçün xərclənməyib",- o qeyd edib.

Dövlət katibi proqramların qiymətləndirilməsində Amerika Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska da təşəkkür edib.

 

 

Ş.E

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar