SON XƏBƏRLƏR

Sabah Putin və Lukaşenko arasında danışıqlar baş tutacaq

2025.03.12, 14:05
Sabah Putin və Lukaşenko arasında danışıqlar baş tutacaq

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah danışıqlar aparacaqlar.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Görüş Aleksandr Lukaşenkonun Rusiyaya səfəri çərçivəsində baş tutacaq.

"Bu, Lukaşenkonun Belarus dövlətinin başçısı vəzifəsinə yenidən seçilməsindən sonra ilk xarici səfəri olacaq", - məlumatda bildirilib.

İki ölkənin liderləri inteqrasiya perspektivlərini və aktual beynəlxalq məsələləri, həmçinin beynəlxalq gündəliyin aktual mövzularını müzakirə edəcəklər.

Danışıqların yekunları üzrə bir neçə birgə sənəd imzalanacaq.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar