SON XƏBƏRLƏR

Həmədanlı şair və həyat yoldaşına həbs cəzası verildi

2025.03.12, 15:56
Həmədanlı şair və həyat yoldaşına həbs cəzası verildi

Həmədan əyalətinin Nəhavənd şəhərindən olan şair və ictimai fəal Əli Cahanian və onun həyat yoldaşı Firiştə Suriyə həbs cəzası verilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Nəhavən şəhərinin inqilab Məhkəməsi "hökumətə qarşı təbliğat" ittihamına görə onların hər birini 1 il azadlıqdan məhrum edib.

Bundan əvvəl onlara qarşı irəli sürülən "milli təhlükəsizliyə qarşı qrup yaratmaq"ittihamı isə ləğv olunub.

Qeyd edək ki, 2024-cü il sentyabrın 9-da təhlükəsizlik məmurları şairin evinə hücum edib, onu və həyat yoldaşını həbs edib, mənzildə axtarış aparıb,lar.

Onlar təhlükəsizlim təcridxanasında dindirildikdən sonra həbsxanaya köçürülüb və bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdılar.

Əli Cahaniyan, İran hökumətinin HƏMAS və Lübnan Hizbullahına dəstəyini tənqid edən paylaşımlarına görə cəzalnadırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar