SON XƏBƏRLƏR

Milli fəal Saman Bidar Ərdəbil həbsxanasına köçürülüb

2025.03.13, 11:06
Milli fəal Saman Bidar Ərdəbil həbsxanasına köçürülüb

Martın 1-də Ərdəbildə həbs edilərək Təbrizdə SEPAH-ın təhlükəsizlik təcridxanasına aparılan milli fəal Saman Bidar, Ərdəbil həbsxanasına köçürülüb.

Gunaz.tv

Bu barədə onun yaxınları mlumat yayıb.

Onun həbsindən iki həftə keçməsinə baxmayaraq, fəalın həbs səbəbi və barəsində irəli sürülən ittiham haqda məlumat verilməyib və yalnız onun işinə Təbriz Baş İnqilab Prokurorluğunun 10-cu İstintaq İdarəsinin cavabdeh olduğunu bildirib. 

Qeyd edək ki, Saman Bidar bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb və 2021-ciin mart ayında barəsində 3,5 il şərti həbs qərarı çıxarılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar