SON XƏBƏRLƏR

Təhlükəsizlik məmurları təbrizli xanım fəalın evinə hücum edib

2025.03.13, 15:00
Təhlükəsizlik məmurları təbrizli xanım fəalın evinə hücum edib

Bu gün səhər saatlarında təhlükəsizlik məmurları Təbrizdə yaşayan ictimai fəal Sima Əlipurun evinə hücum edib, axtarış aparı və onun mobil telefonunu müsadirə ediblər.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, məmurlar ondan martın 17-ə kimi SEPAH-ın Təbrizdəki kəşfiyyat bölməsinə getməsini tələb ediblər.

Bundan əvvəl SEPAH-ın təhlüksizlik bölməsi S.Əlipura zəng edərək dindirilmık üçün onu bölməyə çağırsa da, fəal bunun qanunsuz olduğunu deyib və getməkdən imtina edib.

Qeyd edək ki, Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar