SON XƏBƏRLƏR

Saman Bidar Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb

2025.03.14, 10:57
Saman Bidar Təbriz həbsxanasından müvəqqəti azadlığa buraxılıb

Azərbaycan türk fəalı və Taraxtur komandasının Ərdəbili tərəfdarlarından biri olan Saman Bidar 500 milyon tümənlik girov qarşılığında, məhkəməyə qədər Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azad edilib.

Gunaz.tv

Qeyd edək ki, Saman Bidar 2025-cü il martın 1-i şənbə günü həbs olunduqdan sonra Təbrizdəki SEPAH təcridxanasına köçürülüb. O saxlanıldıqdan sonra onun mobil telefonu SEPAH əməkdaşları tərəfindən ələ keçirilib və onun İnstaqram hesabındakı bütün paylaşımlar silinib.

Xatırladaq ki, Son günlər Traxtor komandasının azarkeşlərinə və fanklub rəhbərlərinə qarşı təhlükəsizlik orqanlarının təzyiqləri artıb. Belə ki, Ərdəbil şəhərindən olan Cavad Jalepəsənd və başqa 3 Traxtor tərəfdarı da təhlükəsizlik məmurları tərəfindən dindirilib.

Azərbaycanlı fəallar hesab edirlər ki, Saman Bidarın həbsi və digər dindirilmələr Traxtor Tərəfdarları Dərnəyinin fəaliyyəti və Güney Azərbaycan Traxtor tamaşaçıları və azarkeşləri tərəfindən qaldırılan şüarlar və milli tələblərlə bağlıdır.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar