SON XƏBƏRLƏR

G7 ölkələri İranla bağlı bəyanat yaydı

2025.03.15, 10:00
G7 ölkələri İranla bağlı bəyanat yaydı

“Böyük Yeddilik” (G7) ölkələrinin xarici siyasət qurumlarının rəhbərləri İrandan nüvə silahı yaratmaq planlarından əl çəkməyi tələb ediblər.

Gunaz.tv

Bu barədə onların Kanadanın Kvebek əyalətində keçirilən görüşün yekunlarına dair dərc olunmuş birgə bəyanatında deyilir.

“İran regionda qeyri-sabitliyin əsas mənbəyidir, ona nüvə silahı hazırlamağa və ya ona malik olmağa imkan verilməməlidir”, - bəyanatın mətnində deyilir.

Nazirlər Tehranı siyasi kursu dəyişməyə, deeskalasiyaya keçidə və diplomatiyanın xeyrinə seçim etməyə çağırıblar.

Onlar həmçinin İranı ədliyyə sahəsində özbaşınalıqda və repressiya aləti kimi əcnəbilərə qarşı sui-qəsdlərin təşkilində ittiham ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar