SON XƏBƏRLƏR

Tramp İran vətəndaşlarının Amerikaya girişinə qadağa qoyur

2025.03.15, 10:43
Tramp İran vətəndaşlarının Amerikaya girişinə qadağa qoyur

İran vətəndaşları da daxil olmaqla 11 ölkənin vətəndaşlarının Amerikaya girişi qadağan edilir.

Gunaz.tv

Bu barədə “The New York Times” məlumat yayıb.

"Tramp administrasiyası 43 ölkə vətəndaşının Amerikaya daxil olmasına məhdudiyyətlər tətbiq etməyi nəzərdə tutan planı nəzərdən keçirir",- məlumatda yazılıb.

“The New York Times” məlumatlı mənbələrə istinadən yazıb ki, bu siyahıda Amerikaya girişi tamamilə qadağan olunacaq 11 ölkənin vətəndaşları “Qırmızı Siyahı”dadır.

Siyahıda İran, Suriya, Yəmən, Liviya, Somali, Sudan və Əfqanıstan vətəndaşları var.

Amerika Dövlət Departamenti bu siyahının layihəsini hazırlayıb və orada dəyişikliklərin ediləcəyi gözlənilir. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar