SON XƏBƏRLƏR

Avropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım ayırdı

2025.03.18, 11:43
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım ayırdı

Brüsseldə keçirilən Suriya üçün 9-cu donor konfransı başa çatıb.

Gunaz.tv

GünazTV Musavat.com-a istinadən xəbər verir ki, konfransın yekununda Avropa İttifaqı və tərəfdaşları Suriya və onunla qonşu ölkələrə 5,8 milyard avro yardım etməyi öhdələrinə götürüblər.

Məlumatı Aİ xarici işlər komissarı Kaja Kallas "X" hesabında açıqlayıb: "Bu, Suriyaya kritik keçid mərhələsində dəstək olacaq və təcili ehtiyacları yerində həll edəcək. Bu, Suriya xalqı üçün fürsəti dəyərləndirmək və öz müqəddəratını təyin etmək üçün bir şansdır".

Konfransda çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin 2025-2026-cı illərdə Suriyaya təxminən 2,5 milyard avro yardım ayıracağını bildirib: "Və biz bu gün burada olan hər kəsi eyni şeyi etməyə çağırırıq, çünki bu kritik anda Suriya xalqının bizə həmişəkindən daha çox ehtiyacı var".

Konfransa Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani dəvət olunub.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar