SON XƏBƏRLƏR

Suriya və Lübnan sərhəd bölgəsində atəşkəs barədə razılığa gəlib

2025.03.18, 13:49
Suriya və Lübnan sərhəd bölgəsində atəşkəs barədə razılığa gəlib

Suriya və Lübnan sərhəd bölgələrində atəşkəsin yaradılması barədə razılığa gəliblər.

Gunaz.tv

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın Müdafiə Nazirliyinin Mətbuat İdarəsinə istinadən verdiyi xəbərə görə, razılaşma çərçivəsində iki ölkə arasında hərbi koordinasiya və əməkdaşlığın artırılmasına qərar verilib.

Lübnan Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada nazir Mişel Menassanın suriyalı həmkarı Murhef Əbu Kasra ilə telefonla danışdığı bildirilib.

Açıqlamada bildirilib ki, görüşdə iki ölkə arasında sərhəd bölgələrində baş verən insidentlər müzakirə edilib və aşağıdakılar qeyd olunub:

"Tərəflər atəşkəs barədə razılığa gəliblər. Həmçinin iki ölkə sərhədində vəziyyətin pisləşməsinin və günahsız mülki əhalinin itki verməsinin qarşısını almaq üçün Lübnan və Suriya ordularının kəşfiyyat bölmələri arasında əlaqənin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub".

SANA martın 16-da Müdafiə Nazirliyinin Media Ofisinə istinadən xəbər verib ki, Hizbullah üzvləri Lübnanda üç Suriya ordusu əsgərini pusquya salıb və onları qaçırıblar.

Xəbərdə Hizbullah üzvlərinin Lübnanda qaçırdıqları üç suriyalı əsgəri edam etdiyi bildirilib. Hizbullah yaydığı bəyanatda Suriya-Lübnan sərhədində baş verən hadisələrlə heç bir əlaqəsi olmadığını iddia edib.

Suriya ordusunun 3 əsgərinin sərhəddə öldürülməsindən sonra Lübnanın şərqindəki sərhəddə artilleriya və raket atışmaları baş verib.

 

 

Şahin Elxanoğlu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar