SON XƏBƏRLƏR

Amerika İranın hərbi gəmisini vurdu - İddia

2025.03.18, 15:43
Amerika İranın hərbi gəmisini vurdu - İddia

Amerika ordusu İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus "Zaqros" hərbi gəmisini Qırmızı dənmizdə vuraraq batırıb.

Gunaz.tv

Bu abrədə Səudiyyə Ərəbistanının "Əlhəds" telekanalı məlumat yayıb.

"Siqnal kəşfiyyatının (SIGINT) toplanması üzrə ixtisaslaşan bu gəmisi İran Hərbi Dəniz Qüvvələrinin ən qabaqcıl kəşfiyyat gəmisidir və eyni zamanda kəşfiyyat məlumatlarının toplanması üçün İranın ilk kəşfiyyat gəmisi kimi dizayn edilib",- məlumatda bildirilib.

İran Hərbi Dəniz Qüvvələri isə yaydığı bəyanatda məlumatı təkzib edib.

Qeyd edək ki, ötən gün Ağ Ev İranın hərbi gəmilərinin Yəmənin husi üsyançılarına kəşfiyyat materiallarının ötürülməsini bildirib və buna görə də, İranın hərbi obyektlərinin Amerika ordusu üçün hədəf olduğu barədə xəbərdarlıq edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar