SON XƏBƏRLƏR

Amerika İrana qarşı hərbi əməliyyata başlaya bilər

2025.03.24, 10:17
Amerika İrana qarşı hərbi əməliyyata başlaya bilər

Amerika müəyyən şərtlər daxilində İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.

Gunaz.tv

GünazTV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Amerika prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News"a müsahibəsində bildirib.

"Bizə hər şeyi hərbi yolla həll etmək lazım deyil, lakin bu, o demək deyil ki, əgər bizi müəyyən həddə çatdırsalar, hərbi əməliyyatlara əl atmayacağıq, müəyyən şərtlər daxilində biz bunu edəcəyik", - o vurğulayıb.

Uitkoff əlavə edib ki, Amerika Prezidenti Donald Trampın mövqeyi ondan ibarətdir ki, İran nüvə silahına malik olmamalıdır.

"Biz onların nüvə arsenalı yaratmağa başlamasına icazə verə bilmərik", - Amerika liderinin xüsusi nümayəndəsi bildirib.

Xatırladaq ki, martın 7-də Tramp özünün "Truth Social" hesabında yazıb ki, o, Ayətullah Əli Xameneiyə Tehranın nüvə proqramı ilə bağlı danışıqların aparılmasını təklif edən məktub göndərib. İran lideri Amerika prezidentinin bu bəyanatını şərh edərkən vurğulayıb ki, Vaşinqton yalnız öz maraqlarını düşündüyü üçün ölkəsi onlarla dialoqa getməyəcək.

 

 

Ş.E

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar