SON XƏBƏRLƏR

İranda polis qüvvələrinə silahlı hücum edilib

2025.03.28, 09:53
İranda polis qüvvələrinə silahlı hücum edilib

Martın 27-i axşam saatlarında İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində naməlum silahlı şəxslər polis avtomobilinə atəş açıb.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində 1 polis əməkdaşı ölüb, 2 polis isə yaralanıb.

Silahlı şəxslərin hadisə yerindən qaçdığı və onların saxlanılması üçün axtarış əməliyyatı başladıldığı bildirilib.

Hələlik hücumun məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar