SON XƏBƏRLƏR

İran Amerika ilə dolayı danışıq aparır- İsrail mediası

2025.03.29, 10:49
İran Amerika ilə dolayı danışıq aparır- İsrail mediası

İran hökuməti Oman vasitəsilə Amerika ilə dolayı danışıq aparır.

Gunaz.tv

Bu barədə İsrailin "Kanal 11" televizyası məlumat yayıb.

"Oman İranın Donald Trampın məktubuna cavabını da Vaşingtona çatdırıb, ancaq bu Omanın vasitəçi kimi ifa etdiyi yeganə rol deyil",- məlumatda bildirilib.

Xatırladaq ki, bundan əvvəl 2015-ci ildə İran-Amerika arasında baş tutan danışıqlarda da Oman vasitəçilik edib.

Qeyd edək ki, İran xarici işlər naziri Abbas Araqçi Donald Trampın yazdığı məktubu "danışıqlar üçün açılan pəncərə" adlandırıb.

Bununla eyni vaxtda İran rəsmiləri əvvəlki mövqelərindən geri çəkilərək, Amerika ilə dolayı danışıqlara razı olduqlarını bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar