SON XƏBƏRLƏR

İran XİN Trampın təhdidinə münasibət bildirdi

2025.03.31, 13:13
İran XİN Trampın təhdidinə münasibət bildirdi

İranın bir ölkənin başçısı tərəfindən açıq-aşkar bombardmanla hədələnməsi beynəlxalq sülh və təhlükəsizliyin mahiyyəti ilə açıq-aşkar ziddiyyət təşkil edir.

Gunaz.tv

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Belə bir təhdid Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və Beynəlxalq Atom Enerjisi Agentliyinin mühafizə rejiminin kobud şəkildə pozulması pozulmasıdır”,- o əlavə edib.

Zorakılığın zorakılıq, sülhün isə sülhlə nəticələnəcəyini deyən Bəqai, hər iki halın "Birləşmiş Ştatlar üçün təsirləri olacağını" bildirib.

Qeyd edək ki, Donald Tramp İranın nüvə proqramı ilə bağlı ABŞ-la razılığa gəlmədiyi təqdirdə Tehranı hərbi hücum və ağır gömrük tarifləri tətbiq etməklə hədələyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar