SON XƏBƏRLƏR

Tramp: DOGE fəaliyyətini dayandıracaq

2025.04.01, 13:36
Tramp: DOGE fəaliyyətini dayandıracaq

Nə vaxtsa ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) fəaliyyətini dayandıracaq və ona rəhbərlik edən İlon Mask öz işinə qayıdacaq.

Gunaz.tv

GünazTV Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Dövlət başçısı Maskın yalnız 130 gün ərzində xüsusi dövlət qulluqçusu kimi fəaliyyət göstərəcəyini açıqlayıb.

“Onun idarə edilməli olduğu böyük bir şirkəti var və buna görə də nə vaxtsa ora qayıdacaq. O, çox istedadlı oğlandır, mən ağıllı insanları sevirəm və yaxşı işlər görüb”, - Tramp deyib.

Mart ayının sonuna olan məlumata görə, DOGE-nin dövründə ən azı 121 000 şəxs federal qurumlardan işdən çıxarılıb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar