SON XƏBƏRLƏR

Baş komandanlar İranı müzakirə etdilər

2025.04.02, 17:06
Baş komandanlar İranı müzakirə etdilər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Erik Korila Tel-Əvivdə İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir və yüksək rütbəli təhlükəsizlik rəsmiləri ilə görüşüb.

Gunaz.tv

Bu barədə İsrailin "Kan" telekanalı məlumat yayıb.

Təxminən 10 saat davam edən bu danışıqlarda əsas diqqət İran və İranın dəstəklədiyi Yəmən husilər olub.

CENTCOM komandiri həmçinin martın əvvəlində Təl-Əvivə səfər edərək ABŞ və İsrail arasında hərbi əməkdaşlığı müzakirə etmişdi.

Bu, ABŞ prezidenti Donald Trampın martın 30-da “İran razılaşmasa, misli görünməmiş şəkildə bombalanacaq” bəyanatı ilə eyni vaxta təsadüf edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar