SON XƏBƏRLƏR

NATO-nun baş komandanı: Daha bir neçə F-16 Kiyevə ötürülməyə hazırlanır

2025.04.04, 11:18
NATO-nun baş komandanı: Daha bir neçə F-16 Kiyevə ötürülməyə hazırlanır

Daha bir neçə F-16 qırıcısı Ukraynaya təhvil verilməyə hazırlanır.

Gunaz.tv

Bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı amerikalı general Kristofer Kavoli söyləyib.

“Orada (Ukraynada) bir neçə F-16 var. Orada bir neçə [təlim keçmiş] pilot var. Göndərilməyə hazırlanan daha çox F-16 var. Daha çox pilot təlim prosesindədir, onların sayını dinləmələrin qapalı hissəsində sizə deyə bilərəm. Onlar işləyirlər. Təyyarələr sıradadır və hər gün uçurlar”, – general Amerika Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində bildirib.

O əlavə edib ki, F-16 təyyarələrinin heç biri Amerikadan  Ukraynaya çatdırılmayıb. Bunlar əsasən Şimali Avropa ölkələrindən olan hava gəmiləri idi.

Kavoli həmçinin qeyd edib ki, Ukrayna hərbçiləri “Patriot” zenit-raket komplekslərindən istifadə etməyə davam edirlər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar