SON XƏBƏRLƏR

Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib

2025.04.08, 11:49
Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Mask birbaşa prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş edib.

Gunaz.tv

GünazTV "Report"-a istinadən xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Onların fikrincə, Mask uğur qazana bilməyib. Nəşrin yazdığına görə, biznesmenin ABŞ administrasiyası ilə razılaşmaması onun Donald Tramp ilə ciddi fikir ayrılığının olmasını göstərir.

Milyarder üçün miqrant vizası və DOGE-nin hökumət xərclərinə yanaşması kimi məsələlərdə Vaşinqton administrasiyasının digər yüksək vəzifəli rəsmiləri ilə razılaşmır.

Qəzetin xatırladığı kimi, şənbə günü iş adamı Amerika liderinin ticarət və istehsal üzrə baş müşaviri, tariflərin tətbiqi planının hazırlanmasında əsas rol oynayan Piter Navarronu tənqid edib.

Öz növbəsində Trampın ticarət üzrə baş müşaviri Piter Navarro “Tesla”nın baş direktoru İlon Maskı digər ölkələrdən gələn ehtiyat hissələrindən asılı olan “avtomobil yığan” adlandırıb.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar