SON XƏBƏRLƏR

İran ilə Ermənistanın keçirəcəyi hərbi təlimlərin detalları məlum olub

2025.04.10, 09:19
İran ilə Ermənistanın keçirəcəyi hərbi təlimlərin detalları məlum olub

İran Ermənistanla birgə aprelin 9-dan hərbi təlimlər keçirir.

Gunaz.tv

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, hərbi təlimlərdə Ermənistan silahlı qüvvələri və İranın xüsusi təyinatlı qüvvələri iştirak edəcək.

Qeyd olunub ki, təlimlər şərti terrorçu qrupların Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd nəzarət-keçid məntəqələrinə hücumlarının qarşısının alınmasını nəzərdə tutur.

SEPAH-ın Quru Qoşunları komandanının müavini Vəliulla Mani isə təlimləri iki gün ərzində sərhədyanı Norduz bölgəsində keçiriləcəyini açıqlayıb.

"Ora heç bir təhlükə yoxdur, ona görə də bu təlimlər sülh xarakteri daşıyır. Təlimlərin həyata keçirilməsi üçün lazım olan tədbirlər əvvəlcədən nəzərdə tutulub. Onlar regionda davamlı sülh kontekstində həyata keçirilir. Əsas məqsəd sərhədlərin təhlükəsizliyinin möhkəmləndirilməsidir.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar