SON XƏBƏRLƏR

İrana qarşı hərbi güc tətbiq etməyə hazırıq - Tramp

2025.04.10, 09:33
İrana qarşı hərbi güc tətbiq etməyə hazırıq - Tramp

Amerika lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq.

Gunaz.tv

Bunu Amerika Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

"Lazım gəlsə, mütləq. Bəli", - O, məsələ ilə bağlı sualı cavablandırarkən deyib.

Tramp qeyd edib ki, İranla Omanda keçiriləcək məsləhətləşmələr uzun prosesin yalnız başlanğıcı olacaq. "Az vaxtımız var. Bir az vaxtımız var, çünki onların nüvə silahı əldə etməsinə imkan verməyəcəyik", - Amerika Prezidenti deyib.

"Mən çox şey istəmirəm. Onların nüvə silahı ola bilməz", - o təkrar edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar