SON XƏBƏRLƏR

Fransa xəbərdarlıq etdi- İrana getməyin

2025.04.10, 11:46
Fransa xəbərdarlıq etdi- İrana getməyin

Özbaşına həbs və ya girov götürülməklə üzləşməmək üçün Fransa vətəndaşları İrana səfər etməsinlər.

Gunaz.tv

Bunu Fransanın xarici işlər naziri Jan Noel Baron deyib.

“Bütün soydaşlarımızı, bütün vətəndaşlarımızı İrana səfər etməməyə çağırıram, həmçinin hazırda İranda tranzit keçən və ya müvəqqəti yaşayan bütün vətəndaşlarımızı özbaşına həbs və ya girov götürülmə riski ilə üzləşməmək üçün Fransaya qayıtmağa və İran ərazisini tərk etməyə çağırıram”,- o bildirib.

Qeyd edək ki, hazırda Fransa vətəndaşları Sesil Kohler və onun həyat yoldaşı Jak Paris İranda həbsdədirlər.

Onlar 2022-ci ildə İranda başlayan etiraz aksiyalarını qızışdırmaqda və "casusluq"da günahlandırılıblar.

Rəsmi Paris isə dəfələrlə İranda həbsdə olan vətəndaşları dövlət girovu adlandırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar