SON XƏBƏRLƏR

Rusiya və Amerika BƏƏ-də məhbus mübadiləsi aparıb

2025.04.10, 13:18
Rusiya və Amerika BƏƏ-də məhbus mübadiləsi aparıb

Amerika və Rusiya kəşfiyyatları Əbu-Dabidə məhbusların mübadiləsini həyata keçirib.

Gunaz.tv

GünazTV APA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” yayıb.

Qəzet onu da yazıb ki, tərəflər bu addımı qarşılıqlı etimadın möhkəmləndirilməsi məqsədilə əsaslandırıb.

Rusiya tərəfi bu ölkə ilə bərabər həm də Amerika vətəndaşlığını daşıyan, dövlətə xəyanətdə təqsirləndirilərək 12 il müddətinə azadlıqdan məhrum olunan Kseniya Karelinanı azad edib.

Rəsmi Vaşinqton isə 2023-cü ildə həbs olunmuş Artur Petrovu Rusiyaya təhvil verib.

Artur Petrov 2023-cü ildə Cənubi Kiprin ərazisində Amerikanın sorğusu əsasında həbs edilib. Sonradan ona məxfi xarakterli mixroelektron cihazların qanunsuz ixracı ilə bağlı ittiham verilib.

 

 

Ş.E

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar