SON XƏBƏRLƏR

ATƏT üzvü olan 37 ölkə Gürcüstanla bağlı bəyanat yayıb

2025.04.12, 11:29
ATƏT üzvü olan 37 ölkə Gürcüstanla bağlı bəyanat yayıb

ATƏT üzvü olan 37 ölkə Gürcüstanla bağlı bəyanat yayıb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bəyanatda Gürcüstanda insan hüquqlarının və demokratik institutların zəifləməsindən, vətəndaş cəmiyyətinə qarşı qanunvericilik məhdudiyyətlərinin tətbiq edilməsindən, müstəqil medianın və dinc etirazçıların təzyiqlərə məruz qalmasndanı, eləcə də məhkəmə sistemindən sui-istifadə və uzunmüddətli istintaq təcridxanasında saxlanma hallarından dərin narahatlıq ifadə edilib.

ATƏT ölkələri həmçinin dinc toplaşma azadlığını məhdudlaşdıran yeni qanun dəyişikliklərindən narahat olduqlarını bildiriblər.

Bəyanatda, noyabr 2024-cü ildən bəri keçirilən dinc etiraz aksiyalarında polis zorakılığı və digər hüquq pozuntuları ilə bağlı istintaq aparılmamasından narahatlıq ifadə olunub.

Gürcüstan hakimiyyəti fundamental azadlıqları qorumağa və geniş siyasi və ictimai dialoqa başlamağa çağırılıb.

 

C

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar