SON XƏBƏRLƏR

İtaliya İrana rədd cavabı verdi - Danışıqlar Maskatda keçiriləcək

2025.04.15, 10:00
İtaliya İrana rədd cavabı verdi - Danışıqlar Maskatda keçiriləcək

İtaliya hökuməti Tehranın Amerika ilə danışıqlarının ikinci raundunun Omanın Romadakı səfirliyində aparılması barədə tələbini rədd edib.

Gunaz.tv

Bu barədə İran xarici media məlumat yayıb.

"İtalyanlar danışıqların Romadakı İtaliya hökumətinin nəzarəti altında olan bir yerdə aparılmasını istəyiblər. Bu mənbələrə görə, bu məsələ ilə bağlı dörd tərəf arasında məsləhətləşmələr hələ də davam edir",- məlumatda bildirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də danışıqların ikinci turunun da Omanda keçiriləcəyini deyib:

"Məsləhətləşmələrdən sonra qərara alınıb ki, Maskat bu danışıqların 20 aprel şənbə günü keçiriləcək ikinci raunduna da ev sahibliyi etməyə davam etsin”.

Qeyd edək ki, bundan əvvəl İraliya da danışıqların Romada keçiriləcəyini təsdiq etmidi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar