"Düşünürəm ki, burada iki yol var. Biri odur ki, biz yenə də sonsuz danışıqlar dönəminə giririk, ya da digəri, bu, İrana bir növ ultimatumdur. Ya siz nüvə silahından imtina etməyə hazır olduğunuza dair strateji qərar qəbul edəcəksiniz və bunu dərhal sübut edəcəksiniz, ya da biz və ya israillilər bu proqrama qarşı hərbi əməliyyatlara başlayacağıq." - deyə Con Bolton CNBC-ə müsahibəsində bildirib.
Bolton davam edən danışıqlara, xüsusən də Amerika nümayəndəsi Stiv Vitkoffun roluna dərin şübhə ilə yanaşdığını bildirib, onun təcrübəsinin belə həssas və mürəkkəb məsələyə uyğun olmadığını bildirib.
"O, İran haqqında, nüvə silahları, silahlara nəzarət üzrə beynəlxalq müqavilələr haqqında heç nə bilmir." - deyə Bolton bildirib.
- Cəfər Cəfərli