SON XƏBƏRLƏR

Azərbaycanlı uşağa türk adına görə sənəd verilmir

2025.04.18, 09:43
Azərbaycanlı uşağa türk adına görə sənəd verilmir

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsinin Köhnəli kəndndən olan uşağa valideynləri Gürşad adı seçdiklərinə görə sənəd verilmir.

Gunaz.tv

Bu barədə Gürşadın atası Məhəmməd Zarei məlumat verib.

O, oğlunun 11 aylıq olmasına baxmayaraq, Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin sənəd verməkdən imtina etdiyini deyib.

Məhəmməd Zareinin sözlərinə görə, məsələ ilə bağlı məhkəməyə müraciət edib, ancaq məhkəmədə Qeydiyyat İdarəsinin qərarını təsdiqləyib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir.

Qeydiyyat İdarəsinin iddiasına görə, siyahıda olmayan adlar əcnəbi ad hesab edilir və iranlı kimliyi ilə ziddiyyət təşkil edir.

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar