SON XƏBƏRLƏR

Uolts və Rubio İrana zərbə endirilməsini istəyir- "Vaşinqton Post"

2025.04.19, 09:45
Uolts və Rubio İrana zərbə endirilməsini istəyir- "Vaşinqton Post"

Amerika Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Amerika Dövlət katibi Marko Rubio İranın nüvə silahı hazırlığı ilə potensial əlaqəli obyektlərinə hərbi zərbə endirilməsi ideyasını dəstəkləyiblər.

Gunaz.tv

Bu barədə "Vaşinqton Post" qəzeti adları açıqlanmayan məmurlara istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Amerikanın vitse-prezidenti Ceyms Vens və milli kəşfiyyatın rəhbəri Qabbard daha ehtiyatlı mövqe sərgiləyərək, genişmiqyaslı regional münaqişə risklərinə diqqət çəkiblər.

Qəzet həmçinin bildirib ki, Prezident Tramp məsələ ilə bağlı diplomatik həll tərəfdarlarının fikirlərini, o cümlədən jurnalist Taker Karlsonun mövqeyini də dinləyib.

Daha ehtiyatlı yanaşmanı dəstəkləyənlər isə qeyd edirlər ki, Amerika kəşfiyyatının qiymətləndirməsinə əsasən, Tehran nüvə silahı yaratmaq niyyətində deyil və İranın bombalanması çox güman ki, daha genişmiqyaslı regional müharibəyə səbəb olacaq.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar