Beynəlxalq Əfv Təşkilatı Məhəmməd Təqəvi, Puya Qubadi, Vəhid Bəniamerian, Əliəkbər (Şahrox) Daneşvərkar və Babək Əlipurun edam ediləcəyindən narahatdır və İran hökumətini adı çəkilən siyasi məhbusları barədə çıxarılan ölüm hökmünü ləğv etməyə, onları sərbəst buraxmağa çağırır.